featured-image-83978

Fransada davam edən kütləvi iğtişaşlar Liqa 1-in təqviminə təsir göstərə bilər.

Msport.az xəbər verir ki, oktyabrın 25-də keçirilməsi planlaşdırılan PSJ – “Lion” matçının təxirə salınması ehtimalı yaranıb.

Paris polis prefekturası təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən Fransa Peşəkar Futbol Liqasına (LFP) qarşılaşmanın başqa tarixə keçirilməsi üçün müraciət edib. Görüşün oktyabrın 26-na, bazar ertəsinə keçirilməsi variantı nəzərdən keçirilir. Lakin hələlik bununla bağlı rəsmi qərar qəbul olunmayıb.

Qeyd edək ki, iğtişaşlar səbəbindən Liqa 1-də “Tuluza” – “Trua” matçının vaxtı dəyişdirilib.

Bənzər xəbərlər