Qabriel "Qarabağ"la oyunu gözləyir
“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Malmö”nün aparıcı futbolçusu Qabriel Buzanellonun durumuna aydınlıq gəlib.
Msport.az xəbər verir ki, bunu İsveç klubunun baş məşqçisi Henrik Ridström açıqlayıb.
O bildirib ki, 25 yaşlı braziliyalının “Myöllbü” ilə çempionat matçında iştirak etməməsi qarşıdakı görüşlər üçün qorunması məqsədi daşıyıb: “Bu addım ehtiyat tədbiri idi. Qabriel çox yorulub. Bu üzdən durumu pis idi. Biz də onunla risk etmək istəmədik. Buna zərurət də görmədim”.
Baş məşqçi qeyd edib ki, Buzanello “Qarabağ”la oyunda iştirak etməmək ehtimalı yoxdur. Müdafiəçi Bakıdakı görüşə hazır olacaq.
Qeyd edək ki, “Qarabağ”la “Malmö” arasında matç oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.