"Zirə"dən qələbə, autsayderlər heç-heçə etdi
Azərbaycan Premyer Liqasında 11-ci tur davam edir.
Msport.az xəbər verir ki, ikinci oyun gününda iki görüş keçirilib.
Autsayderlər “Şəfa” və “Araz-Naxçıvan”ın dueli bərabərliklə nəticələnib – 2:2. Qeyd edək ki, oyunun saat 16:00-da başlaması nəzərdə tutulsa da, matç “Araz-Naxçıvan”ın tıxacda qalması səbəbindən saat 16:15-də start götürüb.
Günün digər matçında isə “Zirə” “Qəbələ”ni qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
7 noyabr (şənbə)
18:30. “Zirə” – “Qəbələ” – 2:1
Qol: Davit Volkov, 11 (1:0), İsmael Akinade, 14 (1:1), Kris Diqbeu, 89 (2:1)
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Gülnurə Əkbərzadə, Rauf Cabarov, Kamranbəy Rəhimov (VAR), Şirmamed Mamedov (AVAR)
Zirə İdman Kompleksinin stadionu
16:15. “Şəfa” – “Araz-Naxçıvan” – 2:2
Qollar: Bafode Dansoko, 6 (1:0), Ağadadaş Salyanskiy, 35 (1:1), Arsen Ağcabəyov, 39 (2:1), Mohamed Mara, 43 (2:2)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Elçin Məsiyev, Emin Əliyev (VAR), Elşad Abdullayev (AVAR)
“SOCAR Polymer Arena”
8 noyabr (bazar)
“İmişli” – “Sumqayıt”
“Sabah” – “Şamaxı”
6 noyabr (cümə)
“Qarabağ” – “Turan Tovuz” – 0:1
“Neftçi” – “Kəpəz” – 1:0







