“Qalatasaray”da Muslera şoku
Türkiyə Superliqasının XI turunun “Kasımpaşa” ilə oyununda zədələnən “Qalatasaray”ın qapıçısı Fernando Musleranın durumuna aydınlıq gəlib.
Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qolundan xəsarət alan Uruqvayın qolkiper təqribən 1 ay yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, Fernando Muslera görüşün 60-cı dəqiqəsində zədələnərən Günay Güvençlə əvəzlənib. Qarşılaşma “Cim-Bom”un 2:1 hesablı qələbəsi ilə başa çatıb.