featured-image-81956

“Qalatasaray” Rafael Leaunun transferi ilə bağlı “Milan”la razılığa gəlib.

Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano paylaşım edib.

İstanbul klubu Portuqaliya millisinin futbolçusuna görə “Milan”a 45 milyon+bonuslar ödəyəcək.

Vingerin gələcək satışından İtaliya klubuna da pay çatacaq.

Qeyd edək ki, Leaunu “Aston Villa” icarəyə götürmək istəyirdi. “Qalatasaray” bu gün daha yaxşı şərtlərlə müqavilə təklif edərək, transferə nail olub.

Bənzər xəbərlər