La Liqa klubunda yeni baş məşqçi
İspaniyanın “Osasuna” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Msport.az xəbər verir ki, La Liqa təmsilçisini Yaqoba Arrasate çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 48 yaşlı mütəxəssislə 2029-cu ilin 30 iyununa qədər müqavilə imzalanıb.
Qeyd edək ki, “Osasuna”da Luis Migel Ramisi əvəzləyən Yaqoba Arrasatenin son iş yeri “Malyorka” olub.







