“Qarabağ”ın futbolçusuna Ukraynadan təklif
“Qarabağ”ın futbolçusu Aleksey Kaşuk klubdan ayrıla bilər.
Msport.az xəbər verir ki, 26 yaşlı vingerin karyerasını ölkəsində davam etdirmək ehtimalı var.
“Polesye” Kaşukun xidmətində maraqlıdır. Ukrayna təmsilçisinin qış “transfer pəncərəsi”ndə futbolçunu heyətinə qatmağa çalışacağı bildirilir.
Kaşukun “Qarabağ”la müqaviləsinin müddəti mövsümün sonunda başa çatır. Bununla belə, Ağdam klubu futbolçu ilə sözləşməni yeniləmək üçün danışıqlar aparır.
Qeyd edək ki, “Polesye” bu il “Qarabağ”dan Leandro Andrade-ni də heyətinə qatıb. Aleksey Kaşuk 2024-cü ildən “Qarabağ”ın formasını geyinir.







