AFFA "Neftçi"ni 5 min, "İmişli"ni isə 2500 manat cərimə etdi
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Msport.az xəbər verir ki, qurum Azərbaycan Premyer Liqasının 7-ci turunda baş verən hadisələri araşdırıb:
09.10.2026-cı il tarixində Azərbaycan Premyer Liqasında VII turun “Araz-Naxçıvan”– “Kəpəz” oyununda hesab tablosu işləmədiyinə görə “Araz-Naxçıvan” komandası 2000 manat cərimə edilsin (maddə 74.1);
09.10.2026-cı il tarixində Azərbaycan Premyer Liqasında VII turun “Neftçi”– “Sabah” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən rəqib komandanın futbolçusunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Neftçi” komandası 5000 manat cərimə edilsin (maddə 52.5);
09.10.2026-cı il tarixində Azərbaycan Premyer Liqasında VII turun “Neftçi”– “Sabah” oyununda “Sabah” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Sabah” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
11.10.2026-cı il tarixində Azərbaycan Premyer Liqasında VII turun “İmişli”– “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “İmişli” komandası 2500 manat cərimə edilsin (maddə 86.3);







