“Qarabağ”a rəqib – yenə “Ludoqorets” və “Ferentsvaroş”
“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
Msport.az xəbər verir ki, UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
Son Azərbaycan çempionu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Şkendiya”ya (Şimali Makedoniya) məğlub olacağı təqdirdə “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün məğlubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, Qurban Qurbanovun komandası “Şkendiya”nı məğlub edəcəyi təqdirdə eyni cütün qalibi ilə UEFA Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacaq.