featured-image-64081

“Qarabağ” Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Araz-Naxçıvan”la keçiriləcək cavab oyununun biletlərini satışa çıxarıb.

Msport.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Həmişəki kimi, qiymət sektorlara uyğun dəyişir. Biletlərin qiyməti 3, 7 və 15 manat təşkil edir. Azarkeşlər biletləri artıq iTicket.az-da onlayn əldə edə bilərlər. Oyun günü isə bununla yanaşı, Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satış olacaq.

Qeyd edək ki, aprelin 23-də keçiriləcək “Qarabağ” – “Araz-Naxçıvan” görüşü saat 17:00-da başlayacaq. İlk matçda naxçıvanlılar 1:0 hesablı qələbə qazanıb.

Bənzər xəbərlər