"Qarabağ" Azərbaycanın UEFA reytinqində xalını artırdı
Azərbaycan UEFA reytinqində xal ehtiyatını bir az da artırıb. Msport.az xəbər verir ki, bu, “Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsində “Şkendiya” üzərində səfərdə qələbə qazanmasından sonra mümkün olub.
Azərbaycanın reytinqinə daha 0,250 xal əlavə olunub. Bununla da ölkəmizin son 5 mövsümdəki reytinqi 19,000-ə çatıb. Hazırda Azərbaycan UEFA-nın reytinq cədvəlində 28-ci yeri tutur. 27-ci pillədə olan Ukraynanın 19,225 xalı var.