“Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırdı
Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” pley-off mərhələsində cavab oyununa çıxıb.
Msport.az xəbər verir ki, komanda İngiltərənin “Nyukasl” kollektivinin qonağı olub.
Nyukasldakı “Sent Ceyms Park” stadionunda keçirilən görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. “Qarabağ”ın heyətində qolları 51-ci dəqiqədə Kamilo Duran və 57-ci dəqiqədə Elvin Cəfərquliyev vurublar.
Bakıdakı ilk matçda da 1:6 hesabı ilə məğlub olan “Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırıb.







