“Qarabağ” cərimələndi, “Neftçi” dəymiş ziyanı ödəyəcək
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Msport.az xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasında XX turun oyunlarında baş verənlər müzakirə olunaraq müvafiq qərarlar çıxarılıb.
“Araz-Naxçıvan” – “Neftçi” matçında qonaqların azarkeşləri tərəfindən stadionda 17 ədəd oturacağın qırılması ilə əlaqədar arenaya dəyən zərər Bakı klubu tərəfindən ödənilməlidir.
“Qarabağ” – “Turan Tovuz” oyunu bitdikdən sonra Ağdam təmsilçisi AFFA nümayəndəsinin tələblərini yerinə yetirmədiyinə görə klub 2000 manat cərimə edilib.