featured-image-16005

Musa Qurbanlı “Qarabağ”da 20-ci qolunu vurub.

Msport.az xəbər verir ki, 20 yaşlı hücumçu Misli Premyer Liqasının XII turunda buna nail olub.

“Şamaxı” ilə səfər görüşündə (4:0) dubl edən forvard Ağdam klubundakı qol sayında 20-yə çatıb.

O, bunu 40-cı matçında rəsmiləşdirib. Musa Premyer Liqada 19, ölkə kubokunda 1 dəfə rəqib qapısına yol tapıb.

Qurbanlı ölkə çempionatlarında da 20-ci qoluna sevinib. O, bir dəfə “Zirə”də, 19 dəfə “Qarabağ”da fərqlənib. Hücumçu 38-ci oyunda buna çatıb.

Qeyd edək ki, Musanın həm Premyer Liqa, həm “Qarabağ”dakı ilk qolu 2020-ci il noyabrın 8-də baş tutan “Neftçi” ilə səfər qarşılaşmasına (6:0) təsadüf edib.

Bənzər xəbərlər