"Qarabağ"dan dünya çempionatında iştirak edən futbolçu ilə müqavilə - RƏSMİ
“Qarabağ” daha bir yeni transferini açıqlayıb.
Msport.az xəbər verir ki, Ağdam klubu Bosniya və Herseqovina millisinin qapıçısı Martin Zlomisliçlə müqavilə bağlayıb.
Xorvatiyanın “Riyeka” klubu ilə danışıqlar uğurla yekunlaşıb və 27 yaşlı qolkiperlə 3+1 illik müqavilə imzalanıb. O, “Qarabağ”da 23 nömrəli formanı geyinəcək.
“Şiroki Briyeq” klubunun yetirməsi olan qapıçı 2017-ci ildə əsas komandada debüt edib. Martin Zlomisliç 2021-ci ildə “Riyeka”ya keçib.
Bosniya və Herseqovinanın U-19 və U-21 yığmalarında çıxış etmiş qolkiper 2024-cü ildən əsas millidə forma geyinir. Millidə 3 oyuna çıxan Zlomisliç hazırda dünya çempionatında Bosniya və Herseqovina millisinin düşərgəsindədir.
Qeyd edək ki, Martin Zlomisliç yay transfer pəncərəsində Ağdam təmsilçisinin beşinci transferidir. Daha əvvəl Jali Mauddib, Zakaria Savo, Samuel Lobato və Bruno Lanqa “Qarabağ”a qoşulub.







