“Qarabağ”dan ilk transfer – RƏSMİ
Qarabağ” yeni mövsüm üçün ilk transferini reallaşdırıb.
Msport.az xəbər verir ki, Ağdam klubu fransalı vinger Jali Muaddiblə anlaşıb.
Futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Bu gün tibbi müayinədən keçən 25 yaşlı yarımmüdafiəçi 2029-cu ilin yayına qədər “Qarabağ”da çıxış edəcək. O, 7 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Jalinin son klubu Kipr təmsilçisi “Omoniya” (Aradippou) olub. O, karyerası ərzində Fransada “Lill” və “Anje”nin B komandalarında, həmçinin “Avranş”da, Rumıniyada “Botoşani”də çıxış edib.







