featured-image-64217

Azərbaycan Kubokunda finala yüksələn “Qarabağ” tarixi rekorda imza atıb.

Msport.az xəbər verir ki, Ağdam klubu 12-ci dəfə həlledici matça yüksəlməklə bunu reallaşdırıb.

“Qarabağ” yarımfinalda “Araz-Naxçıvan”ı üstələməklə (0:1, 3:0) finalda oynamaq hüququna yiyələnib. Bununla “köhlən atlar” “Neftçi”ni geridə qoyub. Bakı təmsilçisi 11 dəfə final matçında iştirak edib.

“Qarabağ” əvvəlki 11 finalın 8-də – 1993, 2005-06, 2008-09, 2014-15, 2015-16, 2016-17, 2021-22, 2023-24 mövsümlərində kuboku qazanıb. Üç dəfə (1995-96, 1997-98 və 1999-2000) isə komanda finalda uduzub.

Bənzər xəbərlər