“Qarabağ” fransalı futbolçu ilə anlaşdı
“Qarabağ”ın yay transfer pəncərəsi zamanı heyətinə qatacağı futbolçulardan biri dəqiqləşib.
Msport.az xəbər verir ki, Ağdam təmsilçisi Fransanın U-19 yığmasının sabiq futbolçusu Jali Muaddiblə bütün detallarda razılıq əldə edib.
Fransız da “Qarabağ”la rəsmi müqavilə imzalamağa razılıq verib. Qurban Qurbanovun Muaddibi komandanı mövsümün sonunda tərk edəcək Abdullah Zubirin əvəzinə yoxlamaq istədiyi gözlənilir.
25 yaşlı futbolçu “Lill”B, “Anjer”B, “Avranş”, “Botoşani”, “Omoniya”(Aradiuppu) klublarında oynayıb.
Əlavə edək ki, Muaddibin “Omoniya” ilə müqavilə müddəti mövsümün sonunda başa çatacaq. Sportal.az







