featured-image-57959

“Qarabağ” ilk yarıda özünü yaxşı tərəfdən göstərdi”.

Msport.az xəbər verir ki, bunu “Lion”un baş Pyer Saj Avropa Liqasında “Qarabağ”a qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis qalib gəldikləri üçün sevincli olduqlarını bildirib: “Birinci hissədə “Qarabağ” təhlükəli qol vəziyyətləri yaratdı. Rəqib ilk yarıda özünü yaxşı tərəfdən göstərdi. İkinci hissədə müdafiədə daha inamlı çıxış etdik. Hücumlara çıxarkən inamlı təsir bağışladıq”.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda “Qarabağ” evdə “Lion”a 1:4 hesabı ilə məğlub olub.

Bənzər xəbərlər