featured-image-21392

Azərbaycan Premyer Liqasının 19-cu turunun “Turan Tovuz” – “Qarabağ” (2:3) oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov CBC Sport-a açıqlamasında görüşü dəyərləndirib. Msport.az xəbər verir ki, 42 yaşlı mütəxəssis hakimlərdən narazı qalıb:

“Öz meydanımızda, azarkeşlərimiz qarşısında məğlub olmaq istəməzdik. Ən azı 1 xal qazanmaq istəyirdik. Amma bu gün həm stadiona gələn azarkeşlər, həm də ekran qarşısında oyunu izləyənlər məncə, zövq aldılar. “Qarabağ”la 90 dəqiqə bu cür mübarizə aparmaq çətindir, lakin futbolçularım bunun öhdəsindən gəldilər. Son dəqiqələrdə daha diqqətli olsaydıq, bəlkə də 1 xal qazanardıq. III dövrə yeni başlayıb, bu oyunlar bizim üçün vacibdir.  Futbolçularda özünə inam yaranması üçün “Qarabağ”, eləcə də digər iddialı klublarla bu cür oynamağımız əhəmiyyətlidir. Çalışacağıq növbəti görüşlərdə xal qazanaq”.

Tovuz klubunun baş məşqçisi ona göstərilmiş sarı vərəqə epizodunu da şərh edib: “Düzdür, gənc hakimlərdir, biz də onları dəstəkləyirik. Amma belə oyunda kiçik faulların çox olması doğru deyildi. “Qarabağ”ın adına görə bəzi futbolçulara güzəşt edirdi. Amma olur. Sayılmayan qolumuza gəlincə, baxmaq lazımdır. Mənə görə, biz cərimə zərbəsini tez yerinə yetiririksə, rəqibin 9 metr çəkilməsini istəməmişiksə, başlayıb qol vura bilərik. Ancaq bilmədim, hakim niyə saxladı. Onu soruşmaq istədim, dördüncü hakim də cavab verə bilmədi. Lakin olur, belə oyunlar hakimlərin də inkişafında rol oynayır. Həmin anda meydnda iki top var idi? Əgər bir top içərdədirsə, ikinci topu oyunçu gətirirsə, demək bunun da cəzası olmalıdır. Təəssüf ki, buna da göz yumdu. Amma eybi yox, bu gün hakimlər kiçik səhvlərə yol verdilər. Əsas özümüz öz səhvlərimiz üzərində işləməliyik”.

AYXAN 

Bənzər xəbərlər