“Qarabağ”ın “Ferensvaroş”la oyunlarının vaxtı açıqlandı
“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Ferensvaroş”la oyunlarının başlama saatı məlum olub.
Msport.az xəbər verir ki, Azərbaycan çempionu avqustun 19-da Macarıstan klubunun qonağı olacaq.
Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun isə saat 20:45-də başlayacaq.
Qeyd edək ki, “Qarabağ” III təsnifat mərhələsində “Şkendiya”nı, “Ferensvaroş” isə “Ludoqorets”i mübarizədən kənarlaşdırıb.