“Qarabağ”ın futbolçusu: “Sabah qələbə qazanmaq istəyirik”
“Sabah sabiq komandama qarşı oynayacağam. Bu matçın mənim üçün xüsusi əhəmiyyəti var”.
Msport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Yassin Benzia UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda Fransanın “Lion” klubuna qarşı keçirəcəkləri V tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.
O, Fransa təmsilçisinin oyun üslubunun illər ərzində dəyişdiyini bildirib: “Mən oynadığım dövrdə komanda daha yüksək performans nümayiş etdirirdi. İndi isə fərqlidir. Sabah qələbə qazanmaq istəyirik”.
Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Lion” matçı saat 21:45-də başlayacaq.