featured-image-67436

“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiyanın “Şelburn” klubu ilə keçirəcəyi ilk oyunun hakimləri açıqlanıb.

Msport.az xəbər verir ki, UEFA iyulun 23-də Dublində təşkil olunacaq görüşü Xorvatiyadan olan hakimlər briqadasına həvalə edib.

 

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

23 iyul

22:45. “Şelburn” (İrlandiya) – “Qarabağ” (Azərbaycan)

Hakimlər: Ante Çulina, Luka Puşiç, İvan Mihali, Mateo Erceq

VAR hakimləri: Mario Zebec, Tixomir Pejin (hamısı Xorvatiyadandır)

Dublin, “Tolka Park” stadionu

Bənzər xəbərlər