“Qarabağ”ın legioneri üçün mövsüm bitdi
“Qarabağ”ın “Neftçi” ilə oyunda zədələnən futbolçusu Joni Montiel əməliyyat olunub.
Msport.az xəbər verir ki, bu barədə Ağdam klubundan məlumat verib.
Bildirilib ki, ayaq barmağı sınan və bu gün əməliyyat olunan ispaniyalı yarımmüdafiəçi ən azı 1 ay meydana çıxa bilməyəcək. Bu isə Montiel üçün mövsümün erkən bitməsi deməkdir.
Qeyd edək ki, Montiel Misli Premyer Liqasının 21-ci turunun təxirə salınmış “Neftçi” ilə matçın 39-cu dəqiqəsində rəqib futbolçu Emil Səfərovun kobud oyunundan sonra zədələnmişdi. O, birbaşa xəstəxanaya aparılmışdı.







