featured-image-67100

“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri “Şelburn” (İrlandiya) və “Linfild” (Şimali İrlandiya) Dublində qarşılaşıblar.

Msport.az xəbər verir ki, İrlandiyanın paytaxtında yerləşən “Tolka Park” stadionunda keçirilən qarşılaşma 1:0 hesabı ilə “Şelburn”un xeyrinə başa çatıb.

Meydan sahiblərinin yeganə qolunu 58-ci dəqiqədə Ademipo Odubeko vurub.

Qeyd edək ki, cavab oyunu bir həftə sonra keçiriləcək. Turnirdə II təsnifat mərhələsinin ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq.

Bənzər xəbərlər