featured-image-65606

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski Polşa millisinin iyun ayında keçirəcəyi oyunlara çağırılıb.

Msport.az Polşa Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Mixael Probejin dəvət göndərdiyi oyunçular arasında 25 yaşlı qolkiperin də adı var.

Qeyd edək ki, Polşa yığması iyunun 6-da Moldova ilə yoldaşlıq oyununda üz-üzə gələcək. İyunun 10-da isə dünya çempionatının seçmə mərhələsində Finlandiyanın qonağı olacaq.

Bənzər xəbərlər