“Qarabağ”ın qış hazırlıq planı
“Qarabağ”ın qış hazırlıq planı müəyyənləşib.
Msport.az xəbər verir ki, bunu Ağdam klubunun mətbuat xidməti açıqlayıb.
Ağdam klubu 2024/25 mövsümünün ikinci yarısına hazırlığı Bakıda keçirəcək. Misli Premyer Liqasının XVIII turunun “Araz-Naxçıvan”la dekabrın 22-də baş tutan oyunundan (2:0) sonra istirahətə buraxılan Qurban Qurbanovun yetirmələri 2025-ci ilin yanvarın 3-də bir araya gələcəklər.
Komandanın hazırlıq prosesi “Azersun Arena”dakı təlim-məşq bazamızda baş tutacaq. Bakıdakı toplanış çərçivəsində iki yoxlama oyunu keçiriləcək. “Qarabağ” yanvarın 9-da “Kəpəz”, üç gün sonra “Zirə” ilə üz-üzə gələcək.
Qeyd edək ki, mövsümün ikinci yarısı yanvarın 17-1