featured-image-19801

“Qarabağ”ın sabiq hücumçusu Dino Ndlovu yenidən karyerasını Türkiyədə davam etdirəcək.

Msport.az xəbər verir ki, CAR-dan olan hücumçu I liqada mübarizə aparan “Boluspor”la anlaşıb. 32 yaşlı forvard “Kocaelispor”dan sonra Çinin “Changchun” komandasına yollanmışdı. Çin klubu ona görə, 300 min avro ödəmişdi.

Ndlovu “Kocaelispor”da 15 oyunda 9 qol vurub, 3 məhsuldar ötürmə vermişdi.

Xatırladaq ki, Dino 2016-2018-ci illərdə “Qarabağ”ın şərəfini qoruyub.

Bənzər xəbərlər