"Qarabağ"ın sabiq qapıçısı B Seriyasında
“Qarabağ”ın sabiq qapıçısı Vaqner Silva karyerasını vətənində davam etdirəcək.
Msport.az xəbər verir ki, braziliyalı qolkiper “Operario Ferroviario” klubuna keçib.
38 yaşlı oyunçu yeni komandası ilə rəsmi müqavilə imzalayıb. B Seriyası təmsilçisi ilə sözləşmənin detalları açıqlanmayıb.
Vaqner Silva 2018/19 mövsümündə “Qarabağ”ın şərəfini qoruyub. O, ötən ilin yayından klubsuz idi.