featured-image-67383

“Qarabağ”ın yeni transferi Kris Kuakunun Ağdam klubuna keçidinin detalları müəyyənləşib.

Msport.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçinin transferi onun sabiq komandası “Mafra”ya da xeyir verib.

Fil Dişi Sahilidən olan orta sahə oyunçusunun “Mafra” ilə müqaviləsi davam edirdi. Lakin komanda Portuqaliyanın 3-cü liqasına düşdüyündən, futbolçu ayrılmaq qərarına gəlib. “Qarabağ”ın maraqlanması isə hər iki tərəf üçün göydəndüşmə olub. Konkret məbləğ açıqlanmasa da, Azərbaycan çempionunun Kuakunun keçidi üçün “Mafra”ya müəyyən təzminat ödədiyi bildirilir.

Qeyd edək ki, Kris Kuaku “Qarabağ”la 2+2 illik müqavilə imzalayıb. Yarımmüdafiəçi ölkə çempionunda 6 nömrəli formanı geyinəcək.

Bənzər xəbərlər