featured-image-56403

“Start heyətdə oynadığım vaxtdan çox keçib. İlk “11-liy”ə qayıtdığım üçün şadam”.

Msport.az xəbər verir ki, bunu “Ayaks”ın futbolçusu Daniele Ruqani deyib.

İtaliyalı müdafiəçi Niderland klubunun start heyətində ilk dəfə şans qazandığı “Qarabağ”la görüşdən sonra fikirlərini açıqlayıb. Ruqani “11-lik”də yer alması və nəticədən razı qalıb: “Qarabağ”la oyun asan olmadı. Amma biz öz işimizi gördük və bundan məmnun olduq. Özümü yaxşı hiss edirəm. Məşqlərdə həmişə ən yüksək tərzdə hazırlıq keçirdim. Zədədən sonra formamı bərpa edirəm. Əsas heyətin daimi üzvü olmaq üçün vaxta lazım gələcək. Fiziki və mənəvi cəhətdən güclüyəm, buna görə də xoşbəxtəm. Matçdan əvvəl məni böcək sancmışdı. Bədənimdə böyük qırmızı ləkə qalıb. Amma onun yeri məni narahat etmir”.

Qeyd edək ki, Ruqani “Qarabağ”la oyunun 59-cu dəqiqəsində əvəzlənib. Bu görüşdə onun komandası 3:0 hesablı səfər qələbəsi qazanıb.

Bənzər xəbərlər