“Qarabağ”la oyunun qəhrəmanı klubundan ayrılmaq istəyir
“Nyukasl”ın hücumçusu Entoni Qordon yay transfer pəncərəsində komandadan ayrılmaq niyyətindədir.
Msport.az xəbər verir ki, Qordon ötən yay Aleksandr İsak kimi daha yüksək səviyyəli kluba keçmək istəyir.
Futbolçu hesab edir ki, artıq “Nyukasl”ın səviyyəsini keçib və yeni çağırışa ehtiyac duyur. İngiltərəli oyunçu daha yüksək maaş və mütəmadi olaraq Çempionlar Liqasında çıxış etmək istəyir. Bu mövsüm 25 yaşlı futbolçu bütün turnirlərdə 46 oyuna çıxıb, 17 qol vurub və beş məhsuldar ötürmə edib.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı Bakıda keçirilən ilk qarşılaşmada “Nyukasl”ın ulduzu Entoni Qordon ilk hissədə “poker”ə imza atmışdı. Oyun “sağsağanlar”ın 1:6 hesablı qələbəsi ilə bitmişdi.







