“Qarabağ” Portuqaliya klubu ilə əməkdaşlıq edəcək
“Qarabağ” rəsmiləri “Portimonense”nin idman direktoru ilə görüşüb.
Msport.az xəbər verir ki, Ağdam klubu ilə Portuqaliya təmsilçisi “Portimonense” arasında əməkdaşlıq inkişaf etdiriləcək.
Bu məqsədlə Pireney klubunun idman direktoru Fernando Yamada ölkəmizə təşrif buyurub. “Qarabağ”ın baş direktoru, İdarə Heyətinin üzvü Emrah Çelikel və İdarə Heyətinin üzvü Asif Əsgərov qonaqla görüşüblər. Fernando Yamada “Portimonense”nin prezidenti Rodiney Sampayonun salamlarını çatdırıb. Klub rəhbərləri Kamilo Duranın transferi ilə bağlı görüşmələr zamanı yaranan isti münasibəti növbəti səviyyəyə çatdırmaq üçün belə görüşün də zəruriliyini dilə gətiriblər və ilk olaraq Portuqaliya təmsilçisi Bakıya dəvət olunub.
Klubların rəsmiləri arasında əməkdaşlıq və digər mövzularda müzakirələr aparılıb. İdarə Heyətimizin üzvləri qonaqla xatirə şəkli çəkdiriblər.