“Qarabağ” - “Şelburun” matçının hakimləri açıqlandı
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın Bakıda “Şelburun”a (İrlandiya) qarşı keçirəcəyi cavab matçının hakimləri açıqlanıb.
Msport.az xəbər verir ki, Bakıda baş tutacaq oyun İtaliyadan olan hakimlər briqadasına həvalə edilib.
Görüşün baş hakmi Andrea Kolombo olacaq. Ona Stefano Alassio və Dario Cekkoni yardım edəcəklər. Dördüncü hakim funksiyasını Kevin Bonakina yerinə yetirəcək. VAR hakimi Daniele Doveri, AVAR hakimi isə Daniele Paterna olacaq.
Qeyd edək ki, iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Şelburn” matçı saat 20:00-da başlayacaq.