“Qarabağ” “Şkendiya” ilə oyunlarının vaxtı bilindi
“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Şkendiya” (Makedoniya) ilə oyunlarının vaxtı bəlli olub.
Msport.az xəbər verir ki, Ağdam təmsilçisinin səfərdə olacaq ilk matçı avqustun 5-də keçiriləcək.
“Qarabağ” avqustun 4-də Makedoniyaya yollanacaq. Komandalar arasında cavab oyunu isə avqustun 12-də Bakıda olacaq. Hələlik oyunların saatı UEFA tərəfindən təsdiqlənməyib.
Qeyd edək ki, “Qarabağ” II raunddda “Şelburn”u (İrlandiya), “Şkendiya” isə FCSB-ni (Rumıniya) mübarizədən kənarlaşdırıb.