“Qarabağ” - “Şkendiya” oyununa nə qədər bilet satılıb?
Bakıda “Qarabağ”la Şimali Makedoniyanın “Şkendiya” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununa 14 min 500 bilet satılıb.
Msport.az xəbər verir ki, bu barədə Azərbaycan çempionunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək. Səfərdəki görüşdə “Qarabağ” 1:0 hesablı qələbə qazanıb.