“Qarabağ” turnirdə çıxışını başa vurdu
“Qarabağ”ın 17 yaşadək futbolçulardan ibarət komandası “Gothia Puma Trophy”də çıxışını başa vurub.
Msport.az xəbər verir ki, IV qrupda yer alan təmsilçimiz son turda “Göteborq”la qarşılaşıb.
Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk turda digər İsveç təmsilçisi “Myallbu”nu 2:1 hesabı ilə məğlub edən “Qarabağ” ardınca “Sportinq Laqos”la heç-heçə etmişdi – 0:0.
Qeyd edək ki, təmsilçimiz qrup mərhələsini 4 xalla 3-cü pillədə başa vuraraq, pley-offdan kənarda qalıb. “Sportinq Laqos” 7, “Göteborq” 6 xal toplayıb.