featured-image-21280

“Qarabağ” və “Neftçi”nin sabiq futbolçusu Donald Gerye karyerasını yenidən Azərbaycanda davam etdirəcək.

Msport.az saytının məlumatına görə, haitili yarımmüdafiəçi “Zirə” ilə anlaşıb.

Artıq 34 yaşlı oyunçu ilə bütün məsələlərdə razılıq əldə olunub. Gerye son olaraq çıxış etdiyi Kiprin “Olimpiakos” (Nikosiya) klubu ilə müqaviləsini pozduğundan “qartallar” ona görə hər hansı təzminat ödəməyəcək.

Təcrübəli oyunçu hazırda Bakıya gəlmək üçün viza məsələlərinin həlli ilə məşğuldur. “Zirə” Haiti millisinin üzvünü qışda göndərdiyi Təmkin Xəlilzadənin yerinə transfer edib.

Qeyd edək ki, Donld Gerye 2017-2019 və 2020-2021-ci illərdə “Qarabağ”ın, 2019-2020-ci illərdə isə “Neftçi”nin formasını geyinib.

Bənzər xəbərlər