featured-image-62414

Martın 8-də Azərbaycan Premyer Liqasında XXVI tura start veriləcək.

Msport.az xəbər verir ki, açılış oyununda lider “Qarabağ” ən yaxın izləyicilərindən biri olan “Araz-Naxçıvan”la qarşılaşacaq.

“Liv Bona Dea Arena”da keçriləcək görüş komandalar arasında sayca 11-ci duel olacaq. Bunadək baş tutan 10 matçın 6-da Ağdam klubu, 3-də muxtar respublika təmsilçisi qələbə qazanıb. Bir qarşılaşmada isə qalib müəyyənləşməyib.

Topların nisbətində də “köhlən atlar”ın üstünlüyü var – 21:12.

“Qarabağ” bütün oyunlarda “Araz-Naxçıvan”ın qapısına qol vurub. Naxçıvan klubunun ev matçlarında hər iki komanda qol sevinci yaşayıb.

Bənzər xəbərlər