featured-image-66774

İyulun 2-dən 16-dək Avstriyada təlim-məşq toplanışında olacaq “Qarabağ”ın orada keçirəcəyi daha bir yoxlama görüşündəki rəqibi müəyyənləşib.

Msport.az xəbər verir ki, Ağdam təmsilçisi yerli komandalardan biri ilə üz-üzə gələcək.

İyulun 7-də Ukrayna təmsilçisi “Metallist 1925”lə qarşılaşacaq Qurban Qurbanovun yetirmələrinin digər rəqibi “Zalsburq” olacaq. Avstriya Bundesliqasının gümüş mükafatçısı ilə matçın tarixi hələlik dəqiqləşdirilməyib.

Qeyd edək ki, “Qarabağ”ın Avstriya toplanışı çərçivəsində 3 oyun günündə ümumilikdə 4 yoxlama görüşü nəzərdə tutulub.

Bənzər xəbərlər