featured-image-61781

Türkiyəli futbol meneceri Kova Tilavpur “Adana Dəmirspor”un hücumçusu Abat Aymbetovun karyerasını Azərbaycanda davam etdirmək ehtimalını dəyərləndirib.

Msport.az xəbər verir ki, o, Qazaxıstan millisinin futbolçusunun Türkiyədə qalmasının daha yaxşı olacağını düşünür.

Tilavpurun fikrincə, 29 yaşlı forvard Superliqada komandasını dəyişməlidir: “Adana Dəmirspor” ümidsiz və autsayder komandadır. Amma bu, futbolçu son demək deyil. Abat Türkiyə həyatına uyğunlaşıb, nəticəyə baxmadan öz gücünü ortaya qoymalıdır. Bununla Superliqanın digər komandalarının diqqətini çəkə bilər. Qazaxıstana qayıtmağın və ya Azərbaycan çempionatına yollanmağın irəliyə doğru addım olacağına əmin deyiləm”.

Qeyd edək ki, Abat Aymbetovun “Adana Dəmirspor”la müqavilə müddəti mövsümün sonuna qədərdir. Adana təmsilçisi hazırda Superliqada sonuncu pillədə qərarlaşır.

Bənzər xəbərlər