featured-image-63451

Bu gün Azərbaycan Premyer Liqasına ilk vəsiqənin sahibi müəyyənləşə bilər.

Msport.az xəbər verir ki, I Liqa təmsilçisi “Qəbələ” elitaya vəsiqəni rəsmiləşdirməyə hazırlaşır.

Bunun üçün “qırmızı-qaralar”ın bu gün XX tur çərçivəsində “Baku Sportinq”i səfərdə məğlub etməsi kifayət edəcək. Belə olarsa, “Qəbələ” xallarının sayını 52-yə çatdıracaq və 4-cü sıradakı “Baku Sportinq”dən 26 xal öndə olacaq.

Bu, bölgə komandasının ilk “üçlüy”ü təmin etməsi anlamına gələcək. Çünki qalan turlarda 4-cü pillədəki komanda üçün “Qəbələ” əlçatmaz olacaq. I Liqanın liderinin aktivində hazırda 49 xal var.

Qeyd edək ki, bu mövsüm I Liqadan 3 komanda Premyer Liqaya vəsiqə qazana biləcək.

Bənzər xəbərlər