featured-image-67735

Qəbələdə yerli “Qəbələ” ilə “Sumqayıt” yeni mövsümə hazırlıq çərçivəsində yoxlama görüşündə qüvvələrini sınayıblar.

Msport.az xəbər verir ki, oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda yeganə qolu Domi Massumo vurub.

Bu, “Qəbələ”nin mövsümlərarası fasilədə üçüncü qələbəsidir. Daha əvvəl komanda “Şamaxı” (2:1) və “Kəpəz”ə (2:0) qalib gəlib. “Sumqayıt” isə bundan qabaq “İmişli” ilə heç-heçə oynayıb (0:0).

Bənzər xəbərlər