“Qəbələ”dən ayrıldı, “Şamaxı”ya keçdi
“Şamaxı” yeni hücumçusunu açıqlayıb.
Msport.az xəbər verir ki, bölgə təmsilçisi Abdullahi Şuaybunu heyətinə qatıb.
Nigeriyalı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 23 yaşlı oyunçu daha əvvəl Azərbaycanda “Kəpəz” və “Qəbələ”nin formasını geyinib.