featured-image-68659

“Qəbələ” bu gün yoxlama oyunu keçirib. Msport.az xəbər verir ki, Kaxaber Sxadadzenin komandası I Liqa təmsilçisi MOİK-lə qarşılaşıb.

Qəbələ şəhər stadionunun ehtiyat meydançasında keçirilən görüş “qırmızı-ağlar”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Meydan sahiblərinin heyətində İsaak Amoah, Domi Mossuoumou və Elşad Tağıyev fərqlənib.

Qeyd edək ki, “Qəbələ” II turun avqustun 25-də keçiriləcək oyununda “Zirə”ni qəbul edəcək.

 

Bənzər xəbərlər