"Qəbələ"nin futbolçusu əməliyyat olundu
Azərbaycan Premyer Liqasına vəsiqə qazanmağa ən real namizəd olan “Qəbələ”nin futbolçusu əməliyyat olunub. Msport.azxəbər veriri ki, Salman Ələgərov 2-ci tip aksesuar navikulyar sümüyün ayrılması və tibialis posterior vətərinin ana navikulyar sümüyə tenodezi ilə bağlı cərrahi müdaxiləyə məruz qalıb.
23 yaşlı futbolçunun əməliyyatı Bakıda, ““Liv Bona Dea Hospital”da uğurlu keçib.
Ələsgərov təxminən 5-6 aydan sonra məşqlərə başlayacaq. Qeyd edək ki, yarımmüdafiəçi cari mövsümdə I Liqada keçirdiyi 5 oyunda 1 qol vurub.