“Qəbələ”nin futbolçusu Türkiyədə əməliyyat olundu
“Qəbələ”nin futbolçusu Eşqin Əhmədov Türkiyədə əməliyyat olunub. Msport.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi menisk və ön çarpaz bağ bərpası ilə bağlı əməliyyat edilib.
Gənc oyunçunun əməliyyatı uğurlu olub. Əhmədov 2 gündən sonra ölkəmizə qayıdıb reablitasiyaya başlayacaq.
Qeyd edək ki, I Liqada VI turun “Qəbələ” – “İmişli” oyununda (0:0) zədələnən Eşqində menisk yırtığı, ön çarpaz bağ qopması aşkarlanıb.