“Qəbələ”nin rekordu yeniləndi
“Qarabağ” Azərbaycan Premyer Liqasının XXII turunda “Səbail”i 5:0 hesabı ilə məğlub edib.
Msport.az xəbər verir ki, maraqlıdır ki, qarşılaşmada bütün qollar 75-ci dəqiqədən sonra vurulub.
Qurban Qurbanovun yetirmələri bununla Azərbaycan çempionatları tarixində XXI əsrin rekorduna imza atıb. Belə ki, “Qarabağ” 5 və ya daha çox qolun vurduğu görüşdə hesabı ən gec açan komanda olub. 76-cı dəqiqədə hesabı açan ağdamılar sonda 5 cavabsız qolla qalib gəlib.
“Qarabağ” “Qəbələ”yə məxsus əsrin rekordunu yeniləyib. “Qırmızı-qaralar” da 2021/22 mövsümündə məhz “Səbail”lə matçda eyni nailiyyəti göstərmişdi. Sadəcə, “Qəbələ” 5:0 hesablı qələbə qazandığı həmin görüşün 65-ci dəqiqəsində hesabı açıb.