"Qəbələ"nin sabiq futbolçusu ABŞ klubunda
“Qəbələ”nin sabiq futbolçusu Jeandro Fuks özünə yeni klub tapıb.
Msport.az xəbər verir k, 28 yaşlı yarımmüdafiəçi karyerasını ABŞ-da davam edirəcək.
O, ABŞ-nin səviyyəcə 3-cü liqası olan “USL League One”də mübarizə aparan “Şarlott İndependens”lə müqavilə bağlayıb. Müqavilə bu ilin noyabrına kimi nəzərdə tutulub.
“Qəbələ”yə ötən ilin sentyabrında keçən kamerunlu futbolçu zədə səbəbindən yanvarda komandadan ayrılmışdı.







