featured-image-66296

“Qəbələ”nin yay hazırlıq planı bəlli olub.

Msport.az xəbər verir ki, komanda iyunun 30-da Qəbələdə hazırlıqlara başlayacaq.

Toplanışın ilk mərhələsi 14 gün davam edəcək. Bu müddət ərzində 2 yoxlama oyunu planlaşdırılıb. Hazırlıq  matçları iyunun 6-sı və 14-ü baş tutacaq. İkinci yoxlama oyunu “Şamaxı”ya qarşı keçiriləcək.

Təlim-məşq toplanışının ikinci mərhələsinə iyunun 14-də start veriləcək. Avqustun 8-dək Qəbələdə davam edəcək hazırlıq dövründə daha 5 oyun keçirilməsi planlaşdırılır. Rəqiblər və matçların vaxtı hələlik bəlli deyil.

Bənzər xəbərlər